NƏQLİYYAT

Sürücü və piyadalara xəbərdarlıq - VİDEO
28 NOYABR
183

Sürücü və piyadalara xəbərdarlıq - VİDEO

2018-11-28 18:32:00
Yağan yağışlar nəticəsində çala-çuxurlu yolların yağış suyu ilə dolması həmin ərazilərdə xırda gölməçələrin yaranmasına səbəb olur. Həmin yollardan istifadə edən sürücülər bəzi hallarda bilərəkdən, ya da bilməyərəkdən kənardan keçən piyadaların üzərinə su sıçradırlar.

Fins.az xəbər verir ki, “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Bütün yollar təmirli deyil və elə yollar var ki, kələ-kötür, dağınıq haldadır və təbii ki, yağıntılı havalarda bu yollar keçilməz vəziyyətdə olur. İstər-istəməz, belə yollarda piyadaların üstü çirkab su ilə bulanır.

Eləcə də bax: 6 reys təxirə salındı, 15-i gecikir

Sürücülərsə günahı piyadalarda görür.

Bu qayda pozuntusu ilə bağlı cərimə də var. Lakin DYP sözçüsünün dediyinə görə, qanunda istisnalar var. İnzibati xəta tənbehi o zaman tərtib edilir ki, baş vermiş hadisə qəsdən olmuş olsun.

Ekspert Azər Allahverənovun sözlərinə görə, piyadaların üzərinin batması çox zaman yolların bərbad olması səbəbindən baş verir ki, bu da sürücünün günahı deyil. Bununla yanaşı, bu qayda pozuntusunu sübut etmək çox çətindir.

 

©ARB TV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256