NƏQLİYYAT

Nazir müavini: “Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin inkişafına xüsusi önəm verir
27 NOYABR
109

Nazir müavini: “Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin inkişafına xüsusi önəm verir

2018-11-27 23:17:00

Fins.az-ın "Report"a istinadən verdiyi məlumata görə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili deyib "Gürcüstan tranzit ölkədir və bu funksiyanın gücləndirilməsi və dəmir yolu infrastrukturunun modernləşdirilməsi strateji əhəmiyyət kəsb edir”. Akaki Saqiraşvili bildirib ki, “Gürcüstan dəmir yolları”nın modernləşdirilməsi və Bakı-Tbilisi-Qars layihəsinin inkişafına xüsusi önəm verir: “Bununla yanaşı Anaklia dəniz limanı, Şərq-Qərb avtomagistralı, loqistika mərkəzlərinin yaradılması, Poti və Batumi limanlarının genişləndirilməsi və digər layihələr də Gürcüstanın nəqliyyat-loqistika habına çevrilməsinə imkan verəcək”. “Fitch” beynəlxalq reytinq agentliyi “Gürcüstan Dəmir Yolları” SC-nin reytinqini “B+” səviyyəsində saxlayaraq proqnoz gözləntilərini “Stabil”dən “Pozitiv”ə doğru yaxşılaşdırıb. Agentliyin məlumatında qeyd olunub ki, “Gürcüstan Dəmir Yolları” SC “Azərbaycan Dəmir Yolları” ilə birgə “Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi”nin əsas hissəsini təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255