NƏQLİYYAT

Dəmir yolunun Kürdəmir stansiyasında yeni yoldəyişənlər quraşdırılır
27 NOYABR
110

Dəmir yolunun Kürdəmir stansiyasında yeni yoldəyişənlər quraşdırılır

2018-11-27 17:02:00

Dəmir yolunun Kürdəmir stansiyasının tək və cüt boğazında 15 ədəd yeni yoldəyişən qurğu quraşdırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, işlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” (İDYM) MMC-nin kollektivi həyata keçirir.

Qeyd edək ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.

Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 253 yoldəyişən yenisi ilə əvəz olunub.

Eləcə də bax: Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı niyə gecikib? - AÇIQLAMA

 

.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255