NƏQLİYYAT

"Koroğlu" stansiyasının iş rejimi dəyişdiriləcək
27 NOYABR
91

"Koroğlu" stansiyasının iş rejimi dəyişdiriləcək

2018-11-27 14:41:00

Noyabrın 29-da UEFA Avropa Liqasının qrup yarışı çərçivəsində “Qarabağ” futbol klubunun Bakı Olimpiya Stadionunda Portuqaliyanın "Sportinq" klubu ilə keçirəcəyi oyunla əlaqədar olaraq, Bakı metropoliteninin "Koroğlu" stansiyasının iş rejmində bəzi dəyişikliklər ediləcək.

Fins.az xəbər verir ki,   bu arenada keçirilən tədbirlər üçün "Bakı Metropoliteni" QSC-nin mövcud əməliyyat planına uyğun olaraq, stansiya oyunun başlanmasına bir müddət qalmış gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək.

“Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə stansiyaya əlavə canlı qüvvə və texniki vasitələr ayrılacaq. Matçın həmin gün saat 21:55-də başlanması nəzərə alınaraq, "Bakı Metropoliteni" QSC rəhbərliyinin qərarına əsasən, görüşü arenada izləyənlərin metropolitendən təhlükəsiz və rahat istifadə etməsi məqsədilə xüsusi tədbirlər həyata keçiriləcək. Oyun gecə saat 12 radələrində başa çatacağından "Koroğlu" stansiyasının iş rejimi, zərurət yaranacağı təqdirdə, bir saata qədər uzadıla bilər. Matç bitəndən sonra "Koroğlu" stansiyasına daxil olan sərnişinlər qatarların hərəkət etdiyi bütün istiqamətlərdə daşınaraq, mənzil başına çatdırılacaqlar”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Bakı metropoliteninin iş rejimi səhər saat 06:00-dan gecə saat 12:00-a qədərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255