NƏQLİYYAT

Rusiya aeroportlarına ad seçilir: Tümendə Fərman Salmanov və Sabit Orucov adları daha çox səs yığıb
26 NOYABR
176

Rusiya aeroportlarına ad seçilir: Tümendə Fərman Salmanov və Sabit Orucov adları daha çox səs yığıb

2018-11-26 15:39:00

Rusiya aeroportlarına dahi şəxsiyyətlərin adlarının verilməsinə dair səsvermə davam edir. Səsvermənin 15-ci gününün nəticələrinə görə, Tümenin Surqut və Nijnevartovsk şəhərlərində əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun, Novıy Urenqoyda isə keçmiş SSRİ-nin qaz sənayesi naziri, soydaşımız Sabit Orucovun adları daha çox səs toplayıb.

Fins.az xəbər verir ki, Surqut aeroportu üçün səs verənlərin 59 faizi Fərman Salmanovu, 30 faizi Yermak Timofeyeviç, 9 faizi Aleksandr Filippenkonu seçib. Nijnevartovsk aeroportuna ad verilməsinə dair səsvermədə iştirak edənlərin isə 48 faizi Fərman Salmanova, 35 faizi Nikolay Arxangelskə, 16 faizi Aleksandr Filipenkoya səs verib.

Keçmiş SSRİ-nin qaz sənayesi naziri, soydaşımız Sabit Orucovun adı Novıy Urenqoy aeroportu üzrə səsvermədə 41 faiz səslə irəlidədir. Yamala-Nenetski Muxtar Dairəsinin qubernatoru Dmitri Artyuxov özünün “Instagram” səhifəsində Sabit Orucova səs verməyə çağırıb. Qubernator yazır: “Bir urenqoylu kimi, mənə Orucovun namizədliyi daha yaxındır. Onun Rusiyanın gələcək qaz paytaxtının yerini necə müəyyən etməsi tarixçəsini yaxşı xatırlayıram. Aeroportun layihədə iştirak etməsi bu hadisəni əbədiləşdirmək imkanı verir”.

Fərman Salmanovun adı iki şəhərdə – Surqut və Nijnevartovskda daha çox səs toplayıb. Hər iki regionda Fərman Salmanov seçiləcəyi təqdirdə səslərin sayı nəzərə alınacaq. Səslərin sayının nisbətən az olduğu şəhərdə təkrar səsvermə keçiriləcək.

Xatırladaq ki, səsvermə noyabrın 30-dək davam edəcək, federal səsvermənin nəticələri dekabrın 5-də elan olunacaq.

©AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256