NƏQLİYYAT

On ayda dəmir yolu nəqliyyatı ilə 2,4 milyard dollarlıq yük daşınıb
20 NOYABR
117

On ayda dəmir yolu nəqliyyatı ilə 2,4 milyard dollarlıq yük daşınıb

2018-11-20 14:29:00

Cari ilin yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 5 milyon 407 min 310 ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 444 milyon 873 min ABŞ dolları olub.

Fins.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, on ayda dəmir yolu nəqliyyatı ilə ixrac edilən 1 milyon 794 min 978 ton yükün dəyəri 634 milyon 999 min dollar olub. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 3 milyon 612 min 331 ton, dəyəri isə 1 milyard 809 milyon 874 min dollar təşkil edib.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256