NƏQLİYYAT

Sıxılmış qazla işləyən avtobusların idxalı ƏDV-dən azad edilə bilər
19 NOYABR
130

Sıxılmış qazla işləyən avtobusların idxalı ƏDV-dən azad edilə bilər

2018-11-19 14:24:00

Sürücü də daxil olmaqla 10 nəfərədən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı 2020-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azad edilə bilər.

Fins.az  bu barədə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə istinadən xəbər verir.

Həmçinin, qanun layihəsində deyilir ki, KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, avadanlıqların, qurğuların idxalı-KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə ƏDV-dən azad ediləcək.

Eləcə də bax: Bakı Metropoliteni işçi axtarır

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255