NƏQLİYYAT

Ələt-Astara-İranla dövlət sərhədi yolunda turniketlər quraşdırılacaq
16 NOYABR 2018
317

Ələt-Astara-İranla dövlət sərhədi yolunda turniketlər quraşdırılacaq

2018-11-16 17:29:00

"Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolu gələn ildən ödənişli ola bilər".

Fins.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O, yollarda ödəniş üçün turniketlərin sifariş verildiyini də bildirib: "Avtomobil yolu artıq istifadəyə verilib, ödəniş üçün turniketlər Cənubi Koreyadan sifariş olunub. Artıq yaxın günlərdə həmin turniketlər gətirilərək yolda quraşdırılmasına başlanacaq. Turniketlər quraşdırılandan sonra yol ödənişli olacaq".

Eləcə də bax:Bakı Nəqliyyat Agentliyidən əhaliyə ÇAĞIRIŞ

 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266