NƏQLİYYAT

Sərnişinlərin diqqətinə! - HƏRƏKƏT CƏDVƏLİ dəyişdi
15 NOYABR
206

Sərnişinlərin diqqətinə! - HƏRƏKƏT CƏDVƏLİ dəyişdi

2018-11-15 17:09:00

Texniki səbəblərə görə noyabrın 16-da Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, noyabrın 16-da Bakıdan saat 08:00-da yola düşən 6001, saat 08:30-da yola düşən 6003 və saat 08:55-də yola düşən 6005 nömrəli elektrik qatarlarının, Sumqayıtdan isə saat 08:50-də yola düşən 6010, saat 09:17-də yola düşən 6012 və saat 09:50-də yola düşən 6014 nömrəli elektrik qatarlarının hərəkəti ləğv edilir. Göstərilən qatarlar müvəqqəti hərəkətdə olmayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256