NƏQLİYYAT

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin sərnişinlərin istifadəsinə veriləcəyi vaxt açıqlandı
14 NOYABR
875

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin sərnişinlərin istifadəsinə veriləcəyi vaxt açıqlandı

2018-11-14 15:02:00

Fins.az-ın məlumatına görə Azərbaycan Dəmir YollarıQapalı Səhmdar Cəmiyyətinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Bakı –Tbilisi-Qars dəmiryolu ilə sərnişin daşınması ilə bağlı açıqlama verərək bildirib ki,“Bakı-Tblisi-Qars dəmiryolu ilə sərnişin daşınması 2019-cu  ilin birinci yarısında nəzərdə tutulub. Qarsda qış çox sərt keçdiyi üçün bununla bağlı işlər gecikir”. Bakı-Tbilisi-Qars  dəmiryol xətinin Naxçıvana kimi genişləndirilməsi ilə bağlı açıqlama verən mətbuat xidmətinin sədri  “Bakı Tbilisi Qars dəmiryolunun Naxçıvana qədər uzadılması ilə bağlı danışıqlar aparılsa da hələ konkret addımlar atılmayıb”deyə bildirib.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256