NƏQLİYYAT

Nazirlə görüşmək istəyən vətəndaşlar nəqliyyatla təmin ediləcək
13 NOYABR
151

Nazirlə görüşmək istəyən vətəndaşlar nəqliyyatla təmin ediləcək

2018-11-13 10:37:00

Fins.az-ın məlumatına görə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək. Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Müəllif: Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256