NƏQLİYYAT

Transxəzər Nəqliyyat Marşurutu genişləndiriləcək
13 NOYABR
134

Transxəzər Nəqliyyat Marşurutu genişləndiriləcək

2018-11-13 09:56:00

Fins.az-ın məlumatına görə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşurutu barədə verdiyi açıqlamada bildirib ki, son illlər ərzində Azərbaycanın tranzit potensialının artırılması istiqamətində olduqca uğurlu addımlar atılıb. Bunlardan biri də Şərq-Qərb və yaxud Beynəlxalq Transxəzər Nəqliyyat Marşurutunun (Çin – Qazaxstan – Xəzər Dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə - Qara Dəniz –  Avropa) reallaşması istiqamətində görülən işlərdir.

 Qeyd edək ki, Şərq-Qərb və yaxud Beynəlxalq Transxəzər Nəqliyyat Marşurutu (BTNM) – Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Marşrut, tam gücü ilə olmasa da, fəaliyyət göstərir. 2015-ci il avqust ayınin 3-də birinci “Nomad Ekspress”  blok qatarı Bakı Baynəlxalq Dəniz Ticarət limanına çatmış, buradan da dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə göndərilmişdir. Artıq bu marşrut üzrə bir neçə qatar yola salınıb. Bu dəhliz üzrə hərəkət edən “Nomad Ekspress”  blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. 

 Şərq-Qərb və yaxud Beynəlxalq Transxəzər Nəqliyyat Marşurutunun fəaliyyətinin daha da canlandırılması istiqamətində mütəmadi tədbirlər görülür. Bu marşrutunun rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri də keçən il Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhfə verməklə, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun tərkib hissəsi olmaqla, Çinlə Avropa arasında ən qısa marşrutdur. Bu günlərdə Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri zamanı Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun əhəmiyyəti bir daha vurğulanıb.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256