NƏQLİYYAT

"Alstom” yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
12 NOYABR
123

"Alstom” yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı

2018-11-12 09:31:00

Fins.az-ın məlumatına görə bu il dekabrın ikinci yarısında Fransanın “Alstom” şirkəti ilə müqavilə üzrə nəzərdə tutulmuş ilk yük lokomotivi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üçün Azərbaycana gətiriləcək.Bu barədə “Alstom”dan bildiriblər.Məlumatda qeyd olunur ki, Qazaxıstanda sınaq mərhələsindən sonra “AZ8A Prima T8” lokomitivi Azərbaycana gətiriləcək.Şirkətdən bildiriblər ki, “Alstom” “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə 2019-cu ilin yanvarında Azərbaycanda sınaqlara başlamağı planlaşdırır:“2019-cu ilin fevralında ilk “AZ8A” lokomotivi test rejimində Gəncə və Böyük Kəsik stansiyaları arasında buraxılacaq”.Qeyd edək ki, 2014-cü ildə imzalanmış müqaviləyə əsasən Azərbaycana 50 yük, 10 sərnişin lokomotivi tədarük olunacaq.Daha əvvəl “Alstom” “Prima T8 AZ8A” ilk yük elektrovozunu ADY-yə təqdim etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256