NƏQLİYYAT

Dəmir yolunda qış mövsümünə keçidlə bağlı müəyyən tədbirlər həyata keçirilib
08 NOYABR
91

Dəmir yolunda qış mövsümünə keçidlə bağlı müəyyən tədbirlər həyata keçirilib

2018-11-08 13:09:00

Fins.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Qapalı Səhmdar Cəmiyyətində qış mövsümünə hazırlığı barədə məlumat verərək bidirib ki, “Qış mövsümünə hazırlığı barədə texniki tədbirlər planına əsasən hazırlıq işləri sürətləndirilir.Tədbirlər planına uyğun olaraq, Departamentlərin bütün təsərrüfatları üzrə baxışlar, hərəkətin təhlükəsizliyi ilə bağlı kadrlarla xüsusi dərslər keçirilir və onlar təlimatlandırılır, qış mövsümündə işçilər fərdi mühafizə vasitələri, qış geyimləri və lazımi alət və ləvazimatlarla təmin edilir, istehsalat və inzibatibinaların dam örtukləri, qapı və pəncərələri təmir edilir, dalan yolları olan  müəssisələrdə qışa hazırlığın təşkili, xüsusilə yolların qışda qardan təmizlənməsi, donan yüklərin boşaldılması üçün mexanizmlər hazır vəziyyətə gətirilir, qəza-bərpa briqadaları yaradılır, işıqlandırıcı qurğular yoxlanılır. Lokomotivlərin qum vermə sisteminin qaydaya salınması, depolarda qum ehtiyatının yaradılması, qaldırıcı qurğuların, kranların təmiri, yol təsərrüfatında müvafiq texnikanın təmiri prosesi davam etdirilir, işarəvermə və rabitə təsərrüfatında, dartı yarımstansiyalarında texniki avadanlıqlar yoxlanılır. Eyni zamanda, Tədbirlər planına əsasən, Sərnişin daşımaları Departamentinin kollektivi, qış mövsümündə sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək məqsədilə bütün qüvvələri səfərbər edib. Vağzallarda, inzibati binalarda, təmir sexlərində dam örtuklərinə, qapı və pəncərələrə baxış keçirilir, istilik sistemləri yoxlanılır, ehtiyac olan yerlərdə təmir işləri aparılır.

Qapalı Səhmdar Cəmiyyətində qış mövsümünə hazırlığı barədə açıqlamasının davamında Sevinc Qədirova sərnişin vaqonlarının qış mövsümündə istismara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə də deyib ki, “Sərnişin vaqonlarının təmiri prosesini həyata keçirən Bakı vaqon deposunun kollektivi tərəfindən beynəlxalq istiqamətdə, ölkə daxilində hərəkət edən sərnişin qatarlarında, eləcə də elektrik qatarlarında istilik sistemlərinin vəziyyəti yoxlanılıb, pəncərələr şüşələnmiş, daxili avadanlıqlar və ehtiyat hissələri tam istismara yararlı vəziyyətə gətirilib. Qış fəslində istifadə üçün daş kömür ehtiyatı görülüb. Bundan başqa təmir sexləri və inzibati binanın dam örtükləri yenilənib, istilik sistemi qaydasına qoyulub. Təmir sexlərində çalışan işçilər qış geyimləri ilə təmin olunublar. Görülən işlər sərnişin qatarlarında xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb. Qış mövsümündə hərəkətin ahəngdarlığının qorunması, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasının təmin edilməsi üçün bütün qüvvələr səfərbər olunub”

Müəllif: Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258