NƏQLİYYAT

Qatarla toqquşan marşrut xəttinin daşıyıcısı dəyişib
08 NOYABR
211

Qatarla toqquşan marşrut xəttinin daşıyıcısı dəyişib

2018-11-08 11:06:00

Fis.az-ın məlumatına görə 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.Məlumatda həmçinin qeyd edilir ki, qurumun İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib. Noyabrın 11-dən bu şirkət sərnişinlərə yeni avtobuslarla xidmət göstərəcək.

Müəllif: Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250