NƏQLİYYAT

Sürücülərin sərnişinlərlə kobud davranışı aradan qaldırılacaq-açıqlama
14 NOYABR
148

Sürücülərin sərnişinlərlə kobud davranışı aradan qaldırılacaq-açıqlama

2018-11-14 11:11:19

Fins.az-ın məlumatına görə Sürücü Təlim Mərkəzində Beynəlxalq standartlara cavab verəcək sürücülərin hazırlanması işi təşkil olunacaq.Sərnişindaşımada təhlükəsizlik tədbirlərinin həyata keçirliməsinin daha da təkminləşdirilməsi sahəsində boşluqların mövcud olması danılmaz faktdır.Bu barədə fikirlərini bölüşən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, “Sərnişindaşımada təhlükəsizlik tədbirlərinin görülməsində başlıca olaraq dövlət qurumu nəzarətçi orqandır həm təşkilatı məsəllərin həll olunması bu sahədə qanunvericiliyin yaradılması və tətbiqi və ən başlıcası nəzarət həyata keçilməsi təmin edilməlidir.Dövlət bu nəzarəti həyata keçirərkən zəruri hallarda cəzalandıcı tədbirlər tətbiq edilməli, qanunvericiliyin bütün tələblərinə əməl edilməlməsini təmin etməlidir.Bundan başqa avtobus parkları hazırda mövcud olan texniki tələblərə uyğunlaşdırılmalı əgər kənaraçıxmalar olarsa zəruri tədbirlər görülməlidir. Sərnişindaşıma zamanı sürücülər kifayət qədər kobuluqlar edir.Bu kobudluqların da əsas qaynağı kimi həmin maşurut xətinin sahibi olan sahibkarın onlara dəstək olmasıdır.Sahibkarlar bir çox hallarda sürücülərə qanundankənar mühiti yaradırlar.

Bu sahədə həm də alternativsizlik mühitinin mövcud olması da  qanun pozuntularına yol açır.

Bu problemlərin həlli üçün iqtisadi rıçaqlar işə salınmalıdır.Birinci dövlət öz hesabına avtobuslar alıb xəttə buraxmaldır ki,sahibkarlarların alternativ olmamağından sui istifadə halları müşahidə olunmasın.İkinci investisya qoymaq istəyən sahibkarlar üçün güjəştli şərait yaradılaraq bu sahəyə yönləndirilməlidir.

Sərnişindaşımada təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat Xidmətinin  sədri Nuridə Allahyarova bildirib ki,” İctimai nəqliyyatda təhlükəsiz daşıma hər zaman ən önəmli tələb və şərtdir. Təbii ki, bunun üçün də DANX mütəmadi olaraq daşıyıcılar önündə tələbləri sərtləşdirir. Önümüzdəki 5 il ərzində isə avtonəqliyyat parkının yenilənməsi və avtonəqliyyat vasitələri üçün yaş həddinin 10 ildən aşağı endirilməsi düşünülür. Təhlükəsiz daşıma üçün ən önəmli faktor peşəkar sürücü bazasının formalaşdırılmasıdır ki, bununla da əlaqədar ölkənin ilk ən böyük Sürücü Təlim Mərkəzində Beynəlxalq standartlara cavab verəcək sürücülərin hazırlanması işi təşkil olunacaq. Hələ ki, bununla bağlı Beynəlxalq Nəqliyat Forumunun Keyfiyyət Xartiyasına uyğun tələblərin icrasına dair məsələlər üzərində iş gedir. Təbii ki, sürücülərin peşəkarlığı həm də daşımalarda təhlükəsiz xidmətə birmənalı müsbət təsir göstərmiş olacaq. Xüsusilə son zamanlar sürücü məsuliyyətsizliyi nəticəsində insan ölümü faktorunun olması DANX olaraq bizi sürücülərlə bağlı tələbləri daha da artırmağa və artıq sərnişinlər üçün həyati təhlükə yaradacaq istənilən qayda pozuntusuna görə onların işinə, müntəzəm marşrut xətlərindəki fəaliyyətinə birbaşa xitam verilməsini daşıyıcı qarşısında şərt kimi qoymağa məcbur edir.

Müəllif:Aynur Qəniyeva

  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250