NƏQLİYYAT

Regionlarımızda sərnişindaşımada yenilik
14 NOYABR
328

Regionlarımızda sərnişindaşımada yenilik

2018-11-14 17:53:00

Fins.az-ın NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətiinin Mətbuat Xidmətinin sədri Nuridə Allahyarovadan aldığı məlumata görə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin daşıyıcılar önündə qoyduğu müvafiq tələbə uyğun olaraq regionlarımızda avtonəqliyyat parkının yenilənməsi prosesinə start verilib. Öləmizdə sərnişindaşıma xidmətinin dünya standartlarına uyğunlaşdırlması istiqamətində mühüm addımlar atılmasının planlaşdırıldığını bildirən Nuridə Allahyarova deyib ki,“Hazırda DANX-nin daşıyıcılar önündə qoyduğu müvafiq tələbə uyğun olaraq regionlarımızda avtonəqliyyat parkının yenilənməsi prosesinə start verilib. Quba şəhərində ötən həftə müntəzəm marşrut xətlərində avtobusların yenilənməsi bu prosesin başlanmasından xəbər verir. Digər vacib məsələ şəhərlərəarası daşımalarda “Avtovağzaldan avtovağzala” prinsipinə əməl edilməsi üçün regionlarda yeni avtostansiyaların qurulması və mövcud avtostansiyaların da xidmətə tam uyğun şəkildə bərpa edilməsi prosesi başlayıb”

Ən vacib məsələnin regionlarda və regionlara işləyən müntəzəm marşrut xətlərinin maddi texniki bazasının təkmilləşdirilməsi olduğunu qeyd edən Dövlət Avtomobil Nəqliyyatı Xidmətiinin Mətbuat Xidmətinin sədri Nuridə Allahyarova “Bakıdan hərəkət edən avtonəqliyyat vasitələrinin Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində sistemli və nizamlanmış hərəkətini təmin etmək üçün MDB məkanında 4-cü ən böyük Nəqliyyat Qovşağı layhəsi üzrə işlər tam sürəti ilə davam edir” deyə vurğulayıb.

 Aynur Qəniyeva

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250