NƏQLİYYAT

Bakıdakı taksilərin sayı 3 dəfə azaldılacaq
06 NOYABR
156

Bakıdakı taksilərin sayı 3 dəfə azaldılacaq

2018-11-06 11:00:00

 Fins.az "Marja" –ya istinadən məlumat verir ki,Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərmli  taksi şirkətlərinin fəaliyyəti ilə bağlı suala cavab verərə kən,"Bizim hesbalamalarımıza əsasən, Bakıda 8500 taksi fəaliyyət göstərməlidir" deyə bildirib.

"Mən taksilərin dövlət şirkətinə məxsus olmasının tərəfdarı deyiləm. Çünki bu, rəqabətli mühiti aradan qaldıracaq. Amma təbii ki, taksilər nəzarətdə olmalıdır. Bunun üçün də işlərə başlamışıq. Yaxın günlərdə bununla bağlı hökumətə təkliflərimizi də göndərəcəyik. Birincisi, bundan başlamaq lazımdır ki, bu gün Bakıda 22-25 min arası taksi fəaliyyət göstərir. İstanbulda 18 min ədəd taksi fəaliyyət göstərir. Əhalisi isə Bakıdan çox, 15 milyondur. Bizim hesbalamalarımıza əsasən, Bakıda 8500 taksi fəaliyyət göstərməlidir. Taksi fəaliyyətinin bütün parametrləri qanunvericilikdə göstərilib və hökumətə təklif verilib. Təkliflər qəbul olunduqdan sonra taksi fəaliyyətini də ciddi şəkildə nəzarətə götürəcəyik".

Vüsal Kərimli qeyd edib ki, hava limanı taksi konsepsiyası ayrı olacaq: "Hava limanı ölkəmizin qapısıdır. İnsanların ölkəyə ayaq basdığı andan etibarən aldadılmasnın qarşısı alınmalıdır. Biz bu layihəyə başlamışıq. Eyni zamanda, proqram təminatımızı da yekunlaşdırmaq üzrəyik. BNA-nın rəsmi proqram təminatı olacaq. Bütün taksilər qeydiyyatdan keçdikdən sonra göstərdikləri xidmət səviyəsinə görə, vətəndaşlar tərəfindən onlara ballar veriləcək. Məqsədimiz, ictimai nəqliyyatı ictimai qınaq üzərində qurmaqdır. Ona görə də hər şey vətəndaş məmnunluğuna xidmət etməlidir. Biz isə vətəndaşla bu işi icra edənlər arasında tənzimləyici olmalıyıq. BNA üçün əsas olan vətəndaşın istəyidir.

Taksi fəaliyyəti ictimai nəqliyyatın nisbətən lüks növü olduğu üçün orada da işlərimizi mərəhələli şəkildə quracağıq ki, ciddi problemlər ortaya çıxmasın".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250