NƏQLİYYAT

BNA idarə heyyətinin sədrindən sərt açıqlama: "Daşıyıcı şirkətin arxasında duran məmur mənə maraqlı deyil"
06 NOYABR
106

BNA idarə heyyətinin sədrindən sərt açıqlama: "Daşıyıcı şirkətin arxasında duran məmur mənə maraqlı deyil"

2018-11-06 09:38:00

Fins.az Marja.az-a istinadən xəbər veriri ki  Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərmli   məlumdur ki, bəzi özəl şirkətlərin arxasında məmurlar dayanıb. Onlarla mübarizə aparmaq bəzən çətinlik yaradır sualına aşağıdakı şəkildə cavab verib

"Bilirsiniz, dövlət başçısı mənim arxamda durduğu müddətdə, hansısa daşıyıcının arxasında duran məmur mənə maraqlı deyil. Cənab Prezidentin ictimai nəqliyyatdakı nöqsanlarla bağlı çıxışından sonra Bakıya özəl şirkət tərəfindən 50 avtobus gətirilib. Yaxın günlərdə bəzi istiqamətlərdə köhnə avtobusları dəyişəcəm. Əvvəl, özəl şirkətlər tərəfindən bu addımlar atılmırdı. Amma ölkə başçısının çıxışından sonra bu məsələlər həll olunmağa başlayıb. Bu gün konkret addımların atılmaması hansısa məmurdan asılılığa görə deyil, vətəndaşın avtobussuz qalmamasına görədir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250