NƏQLİYYAT

Bakıdan Ukrayna şəhərlərinə avtobus reysi ləğv olunub
05 NOYABR
140

Bakıdan Ukrayna şəhərlərinə avtobus reysi ləğv olunub

2018-11-05 18:08:00

Fins.az “Report”a istinadən məlumat verir ki, Bakıdan Ukraynanın Xarkov və Kiyev şəhərlərinə avtobus reysi ləğv edilib. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib. Onun sözlərinə görə, reysin ləğv olunması ona tələbatın aşağı səviyyədə olması ilə bağlıdır. Başqa sözlə, Azərbaycan paytaxtından Ukraynaya avtobusla getmək istəyənlərin sayı az olduğu üçün reysin ləğv edilməsinə qərar verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250