NƏQLİYYAT

Bakı Nəqliyyat Agentliyi “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunub
05 NOYABR
105

Bakı Nəqliyyat Agentliyi “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunub

2018-11-05 12:17:00

Azərbaycan Mərkəzi Bankı cərimə, vergi, rüsum, kommunal və rabitə xidməti haqlarının və digər kütləvi ödənişlərin mərkəzləşmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasının təşkili məqsədilə yaradılmış “Hökumət Ödəniş Portalı”nın əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Fins.az  xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) ilə birgə fəaliyyət nəticəsində təşkilatın daxili informasiya resursu portala inteqrasiya olunmuş, dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə tətbiq edilən cərimələr üzrə ödənişlərin portal vasitəsilə qəbul edilməsi təmin edilib.

Eləcə də bax:Bakı metrosunda problem yarandı

Noyabrın 2-dən balayaraq BNA-nın cərimə etdiyi fiziki və hüquqi şəxslər “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bankın və “Azərpoçt” MMC-nin 2 000-dən çox filial və şöbələrində, 1 000-ə yaxın ödəniş terminalında nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və İOS platformalı) istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada ödənişlərini apara bilərlər.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258