NƏQLİYYAT

Yol kənarını təmizləyən evsizlərə əməkhaqqı veriləcək
02 NOYABR
199

Yol kənarını təmizləyən evsizlərə əməkhaqqı veriləcək

2018-11-02 15:44:00

Birləşmiş Ştatların Kaliforniya ştatındakı Silikon Vadisində yerləşən San-Xose şəhərinin administrasiyası avtomobil yolları və arxların kənarlarından məişət tullantılarının yığılması üçün unikal proqram hazırlayıb. Bu məqsədlə 200 min dollar subsidiya ayrılması da qərara alınıb. Fins.az xəbər verir ki,bu proqramın maraqlı cəhəti şəhərdəki evsiz insanları işlə təmin etməkdən ibarətdir.

Eləcə də bax:Qonşu ölkədə hava taksiləri istifadəyə veriləcək

Belə ki, cari ilin noyabrından etibarən onlar sutkada 4-5 saat olmaqla San-Xosedə yolkənarının təmizliyi işlərinə cəlb olunacaqlar. Hər saat üçün 15 dollar maaş alacaq evsiz vətəndaşlar şəhərin ən çox məişət tullantısı olan 40 məntəqəsində işləyəcəklər. San-Xose meri keçirdiyi mətbuat konfransında bildirib ki, təmizlik işlərinə nəzarəti nəqliyyat və parklar departamentləri həyata keçirəcəklər.

©AzərTac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255