NƏQLİYYAT

Qonşu ölkədə hava taksiləri istifadəyə veriləcək
02 NOYABR
521

Qonşu ölkədə hava taksiləri istifadəyə veriləcək

2018-11-02 17:37:00

İranın Simnan vilayətinin mərkəzi aeroportunda iqtisadi fəalları və investorları daşımaq üçün hava taksilərinin istifadəyə verilməsi nəzərdə tutulur. Fins.az xəbər verir ki, bunu İranın Simnan vilayəti Sənaye Şəhərcikləri Şirkətinin icraçı direktoru Həsən Al-Buyə deyib. Onun sözlərinə görə, paytaxt Tehranda bir çox iqtisadi fəalın ofisi var və hava taksilərinin istifadəyə verilməsi onların Simnan vilayətinə gətirilməsində çox əhəmiyyətlidir. Al-Buyə əlavə edib ki, Simnanın mərkəzində bu imkanın yaradılması vilayətdə investisiya strukturlarını möhkəmləndirəcək. Eyni zamanda, ölkənin və dünyanın müxtəlif yerlərinə məhsul ixracına təkan verəcək.

 Eləcə də bax:Qobustan-Poladlı avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255