NƏQLİYYAT

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçılarının sayı artıb
22 OKTYABR
191

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçılarının sayı artıb

2018-10-22 14:53:00

Qazaxıstan və Rumıniyanın logistika şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TMTM) qoşulub.

Fins.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, marşruta Rusiya şirkətləri də maraq göstərir. O bildirib ki, nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyəti üçün iştirakçıların sayı, şəffaflıq və vahid tariflər önəmlidir.

C.Qurbanov TMTM Beynəlxalq assosiasiyasının növbəti iclası zamanı əlavə edib ki, tərəflər yeni tarifləri və qiymətlərin bazar şərtlərinə uyğunlaşdırılmasını müzakirə edib.

trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258