NƏQLİYYAT

Doqquz ayda dəniz limanlarında neçə min ton yükləmə-boşaltma işləri həyata keçirilib?
17 OKTYABR
385

Doqquz ayda dəniz limanlarında neçə min ton yükləmə-boşaltma işləri həyata keçirilib?

2018-10-17 15:38:00

2018-ci ilin yanvar-sentyabr aylarında dəniz limanlarında 7341,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yüklərin 6953,7 min tonunu və ya 94,7 faizini tranzit yüklər təşkil edib. 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 173,4 min ton olub.

Dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,9 faiz azalaraq 12,1 min nəfər olub.

©Azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258