NƏQLİYYAT

Avtobuslarda pulsuz "Wi-Fi" olacaq
17 OKTYABR
180

Avtobuslarda pulsuz "Wi-Fi" olacaq

2018-10-17 13:16:00

“Bu ilin sonundan etibarən Tbilisidə MAN markalı sərnişin avtobusları pulsuz “Wi-Fi” şəbəkəsi ilə təmin olunacaq”.

Turizm.fins.az Report-a istinadən xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatın inkişafı yalnız avtoparkın yenilənməsi və yeni marşrut xətlərinin açılması ilə kifayətlənmir: “İctimai nəqliyyatı əlavə xidmətlərlə təchiz etmək də inkişafın bir hissəsidir. Hesab edirik ki, ilin sonunda MAN markalı avtobusları pulsuz “Wi-Fi” şəbəkəsi ilə təmin etmək imkanımız olacaq. Vətəndaşlara həmin avtobuslarda pulsuz internetden istifadə etmək imkanı verilməlidir”.

K.Kaladze həmçinin deyib ki, sarı rəngli sərnişin avtobusları yeniləri ilə əvəz olunacaq və 2019-cu ilin sonuna qədər avtopark tam yenilənəcək. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250