NƏQLİYYAT

Bu yolda rənglənmə işləri aparılacaq
11 OKTYABR
209

Bu yolda rənglənmə işləri aparılacaq

2018-10-11 15:26:00

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Fins.az-a verilən məlumata görə, işlər səhər saatlarına qədər yekunlaşdırılacaq. 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256