NƏQLİYYAT

Bakıya sərnişin avtobusları gətirilir
11 OKTYABR
1177

Bakıya sərnişin avtobusları gətirilir

2018-10-11 11:05:00

Bakı şəhərinə 70 ədəd "Avro 6" emissiyalı müasir avtobuslar gətiriləcək.

Fins.az  xəbər verir ki, bu barədə  “Xaliq Faiqoğlu” MMC məlumat verib.

Məlumatda bildirilir ki. şirkət bu barədə tədbirlərini davam etdirir: ""Xaliq Faiqoğlu" MMC beynəlxalq maliyyə institutu olan "Avropa Yenidənqurma və İnkişaf Bankı" ilə əməkdaşlığa başlayıb və iyul ayının 12-də bununla bağlı əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində şirkət Bakı şəhərinə 70 ədəd Avro 6 emissiyalı müasir avtobuslar gətiriləcək".

Eləcə də bax:“BakuBus” işçilərinin geyimlərini dəyişəcək

Şirkətdən qeyd ediblər ki, sərnişinlərin rahatlığı üçün şirkətin istismarında olan avtobuslarda Wi-Fi xidmətinin tətbiqinə başlanıb və yaxın vaxtlarda 164 ədəd avtobusda sərnişinlərə ödənişsiz internet xidməti təqdim olunacaq.

Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256