NƏQLİYYAT

Beynəlxalq sərnişindaşımada marşrut xətləri artırılır
10 OKTYABR
750

Beynəlxalq sərnişindaşımada marşrut xətləri artırılır

2018-10-10 14:59:00

"Dövlət bayrağı altında üzən gəmilərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması, habelə gəmilərin standartlara uyğunluğunun yoxlanması, dəniz üzgüçülüyünün təhlükəsizliyi və liman nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi ilə bağlı işlər aparılmaqdadır”.

Fins.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin ilk 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib. 

Onun sözlərinə görə, 2017-2018-ci illərdə hava, avtomobil, su, dəmir yolu nəqliyyatı sahəsində 12 ölkə ilə 15 saziş və memorandum imzalanıb. Beynəlxalq sərnişindaşıma ilə bağlı 25 istiqamət üzrə müntəzəm beynəlxalq marşrut rəsmiləşdirilib.

Eləcə də bax:Sarı tor qaydalarını pozan sürücülərə cərimə kəsiləcək? - AÇIQLAMA

Nazir həmçinin qeyd edib ki, avtomobil nəqliyyatı sahəsində sərnişin və yükdaşımalar üzrə tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib: “Ümumilikdə nəqliyyat sektoru üzrə artım tempi ötən 9 ay ərzində 1,3% olub". 

 Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255