NƏQLİYYAT

İctimai nəqliyyatda uşaqlar üçün gediş haqqı neçə yaşdan ödənilməlidir?
10 OKTYABR
1599

İctimai nəqliyyatda uşaqlar üçün gediş haqqı neçə yaşdan ödənilməlidir?

2018-10-10 14:20:00

İctimai nəqliyyatda, şəhərdaxili marşrut üzrə sərnişindaşıma xidmətində bəzi avtobuslarda azyaşlı uşaqlar üçün gediş haqqında fərqli yanaşma var.

Bəzi marşrutlarda 5, 6, bəzilərində isə 7 yaşdan yuxarı uşaq üçün gediş haqqı tələb olunur.

Bəs, ictimai nəqliyyatda uşaqlar üçün gediş haqqı neçə yaşdan ödənilməlidir?

Nəqliyyat eksperti Ərşad Hüseynov açıqlamasında daşıyıcının özəl şirkət olduğu üçün ödənişsiz də fəaliyyət göstərməsinin mümkün olduğunu deyib:

Nazirlər Kabinetinin 145 saylı təsdiq olunmuş qərarında konkret bildirilir ki, “avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarında 5 yaşdan yuxarı hər bir uşaq üçün gediş haqqı müəyyən olunmuş tarif həcmində ödənilməlidir”. Bəzi avtobus sahibləri öz istəklərinə uyğun yarana biləcək mübahisəni aradan qaldırmaq üçün 6 və ya 7 yaşından yuxarı gediş haqqı yazısını marşrutda yerləşdirirlər. Dövlət sadəcə qiyməti tənzimləyir, amma daşıyıcı özəl şirkət olduğu üçün hətta istəsə, sərnişinə ödənişsiz də xidmət göstərə bilər. Yəni, daşıyıcı 5 yaşından yuxarı uşağa görə gediş haqqı istəmirsə, bu, onun seçimidir. Sürücü sərnişindən gediş haqqını qanunla nizamlanmış qiymətdən artıq aldığı halda qanunu pozmuş sayılır.

Azyaşlı uşaqlar üçün metroda yaş həddi şəhərdaxili marşrutlardan fərqlənir. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Finans.az"a bildirib ki, 19 oktyabr 2010-cu ildə qəbul olunmuş Nazirlər Kabinetinin metropolitendən istifadə qaydalarının 4.1 bəndinə əsasən 7 yaşından yuxarı uşağa görə gediş haqqı ödənilməlidir.

 © Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259