NƏQLİYYAT

Bu yollarda rənglənmə işləri aparılır
03 OKTYABR
157

Bu yollarda rənglənmə işləri aparılır

2018-10-03 10:29:00

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 50-cı kilometr hissəsində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-120 kilometr hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işlər axşam saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 Eləcə də bax:Bakıda avtobuslar niyə gecikdi?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256