NƏQLİYYAT

Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
24 SENTYABR
122

Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb

2018-09-24 10:32:00

2018-ci ilin yanvar-avqust aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5 milyon 559,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,3 faiz artıb. Yüklərin 54,1 faizini neft məhsulları təşkil edib.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, dəniz limanlarında 6 milyon 508,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 milyon 164,0 min tonunu və ya 94,7 faizini tranzit mallar təşkil edib. Cari il sentyabrın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 153,6 min ton olub.

Sözügedən dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 14,2 faiz azalaraq 10,9 min nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259