NƏQLİYYAT

“Uber” taxsidən xəbər var
21 SENTYABR
367

“Uber” taxsidən xəbər var

2018-09-21 17:20:00

“Uber Technologies İnc.” Avropanın ən böyük startaplarından biri olan “Deliveroo”un əldə olunması istiqamətində danışıqlara başlayıb.

Fins.az Finans.az-a istinadən xəbər verir ki,  “Uber” Britaniyanın yemək çatdırma servisi “Deliveroo”nu alacağı təqdirdə Avropanın yemək çatdırma bazarında dominant olacaq.

“Deliveroo” 4 kontinendə yerləşən 200 şəhərdə xidmət göstərir. 2017-ci ildə startap 385 milyon ABŞ dolları həcmində investisiya cəlb edib. O zaman şirkət 2 milyard dollar həcmində qiymətləndirilib.

Cümə günü bu xəbərlər fonunda “Deliveroo”un rəqiblərinin səhmləri ucuzlaşmağa başlayıb. Belə ki, “Hero SE”in səhmləri Frankfutda ticarətin əvvəlində 2,8%, “Just Eat Plc”in qiymətli kağızları London birjasında 6,7% ucuzlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259