NƏQLİYYAT

Bu stansiyalarda 17 ədəd yoldəyişən qurğu dəyişdirilir
20 SENTYABR
218

Bu stansiyalarda 17 ədəd yoldəyişən qurğu dəyişdirilir

2018-09-20 15:18:00

Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur.

Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" (İDYM) MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb və bu günədək 209 yoldəyişən yenisi ilə əvəzlənib.

Hazırda Səngəçal və Goran stansiyalarında 17 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256