NƏQLİYYAT

"Baku Bus" avtobusların ləngiməsi ilə bağlı sərnişinlərə müraciət edib
18 SENTYABR
188

"Baku Bus" avtobusların ləngiməsi ilə bağlı sərnişinlərə müraciət edib

2018-09-18 10:45:00

"Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır". 

Fins.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-nin sərnişinlərə müraciətində bildirilir. 

"Bakı Nəqliyyat Agentliyinin məlumatına əsasən, bu dəqiqələrdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir. Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır. Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar", - şirkət bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260