NƏQLİYYAT

Bakı metrosunda qatar tuneldə qalıb
14 SENTYABR
533

Bakı metrosunda qatar tuneldə qalıb

2018-09-14 11:50:00

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Xətai” və “Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatar tuneldə qalıb. 

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib. 

Onun sözlərinə görə, ləngimə, təxminən, 20 dəqiqə davam edib: "Ayda 2 dəfə metronun diaqnostika kompleksi dəmir yolu xətlərini yoxlayır. Bu dəfə kompleksi saat 10:53-də xəttə buraxılıb. Yoxlama zamanı həmin xətt üzrə hərəkət edən qatar dalana verilib. Bu proses, təqribən, 10-12 dəqiqə çəkir. Amma dalana verilən qatarda nasazlıq aşkar edildiyindən xəttə ehtiyat qatar buraxılıb. Bu stansiyalar arasındakı interval 8 dəqiqədir. Hadisə nəticəsində intervalla birgə fasilə 20 dəqiqəyə çatıb”.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256