NƏQLİYYAT

Bakı Nəqliyyat Agentliyi fləşmob keçirib - VİDEO
13 SENTYABR
311

Bakı Nəqliyyat Agentliyi fləşmob keçirib - VİDEO

2018-09-13 11:47:00

Nəqliyyat vasitəsini qadağan olunan yerdə saxlayan, dayanma-durma qaydalarını pozan sürücülərin maarifləndirilməsi işləri davam etdirilir. Bu çərçivədə fləşmob hazırlanıb. Bakı Nəqliyyat Agentliyinin kollektivinin iştirak etdiyi fləşmobda sürücülərə dayanma-durma qaydalarına əməl etməyin vacibliyini bildirən şüarlar nümayiş etdirilib. Fləşmob iştirakçıları nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində, pandusların üzərində, səkilərdə eləcə də qadağan edilən digər yerlərdə park etməyərək, bununla da digərlərinə nümunə olduqlarını bildiriblər. Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərə dayanma-durma qaydalarına əməl etməyi tövsiyə edir. Məhz hərəkət iştirakçısı olaraq bir-birimizə qarşı anlayışlı olmaqla, şəhərimizin nəqliyyat problemini birlikdə həll edə bilərik!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257