NƏQLİYYAT

Avqustda 2300 sərnişin Bakıdan Naxçıvana avtobusla gedib
12 SENTYABR
116

Avqustda 2300 sərnişin Bakıdan Naxçıvana avtobusla gedib

2018-09-12 12:18:00

Naxçıvan Muxtar Respublikası avqustda sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki müayinəsi keçirilib, 301 avtobusun qeydiyyatı aparılıb.

Fins.az xəbər verir ki, muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 488 taksi əhaliyə xidmət göstərib.

Avtovağzalların payız-qış mövsümünə hazırlığı da diqqət mərkəzində saxlanılıb, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki təkmilləşdirilib, istilik sistemlərinin yoxlanılaraq işlək vəziyyətə gətirilməsi üçün xidmətdə yaradılmış komissiya tərəfindən lazımi tədbirlər həyata keçirilib.

Muzeylərdə taksi sürücülərinin seminar-məlumatlandırılması işinə avtobus sürücüləri də cəlb olunub, həftənin bir günü onların qrup şəklində muzeylərə ekskursiyaları təşkil edilib. Avqust ayında İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 2501, Bakıdan Naxçıvana isə 2312 sərnişin daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253