NƏQLİYYAT

“Gürcüstan Dəmir Yolları” Azərbaycan şirkətlərinə güzəştli daşınma tarifləri təklif edib
12 SENTYABR
106

“Gürcüstan Dəmir Yolları” Azərbaycan şirkətlərinə güzəştli daşınma tarifləri təklif edib

2018-09-12 12:02:00

“Gürcüstan Dəmir Yolları” SC-nin törəmə “GR Transit” şirkəti Azərbaycan şirkətlərini əməkdaşlığa çağırıb.

Fins.az-ın Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə şirkətin direktoru David Çiradze Tbilisidə keçirilən “Argus Xəzər-Qara Dəniz Nəqliyyat Dəhlizi 2018” adlı V beynəlxalq konfransda deyib.

O bildirib ki, “GR Transit” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və digər Azərbaycan şirkətlərinə neft və neft məhsullarının Gürcüstan ərazisi üzrə daşınması üçün güzəştli və rəqabətli tariflər təklif etməyə hazırdır.

D.Çiradze qeyd edib ki, rəhbərlik etdiyi şirkət gələcəkdə Azərbaycandan digər yük növlərininin daşınması tariflərinə də güzəşt tətbiq edə bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253