NƏQLİYYAT

Məhəmmədəli Sədipur: İran və Azərbaycan limanları arasında gəmi reysləri təşkil etmək olar
11 SENTYABR
97

Məhəmmədəli Sədipur: İran və Azərbaycan limanları arasında gəmi reysləri təşkil etmək olar

2018-09-11 17:02:00

İran ilə Azərbaycanın dəniz limanları arasındakı əlaqələrin inkişafı ticarət və turizm əlaqələrinin də artmasına imkan yaradar.

Fins.az xəbər verir ki, bu sözləri İranın Limanlar və Dənizçilik Təşkilatının beynəlxalq əlaqələri üzrə baş idarəsinin rəisi Məhəmmədəli Sədipur deyib. Onun sözlərinə görə, Azərbaycanın Xəzər dənizi sahilindəki Bakı və Astara limanları ilə İranın Astara və Ənzəli limanları arasında gəmi reysləri təşkil etmək olar. Bu reyslərlə qarşılıqlı şəkildə vətəndaşların gediş-gəlişi asanlaşar.

“Dəniz nəqliyyatı ilə daha çox yükü tez bir zamanda çatdırmaq mümkündür. Məsafənin yaxınlığı və nəqliyyat xərclərinin ucuzluğu həm özəl, həm də dövlət sektoru üçün səmərəlidir. Bu istiqamətdə Azərbaycan tərəfi ilə danışıqlar aparılır”, - deyə o əlavə edib.

Xatırladaq ki, Azərbaycandakı 5 dəniz limanı - Bakı, Hövsan, Dübəndi, Səngəçal və Ələt limanları Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafı üçün əlverişli baza sayılır.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253