NƏQLİYYAT

Bakının bəzi küçələrində piyada keçidləri təşkil olunacaq
11 SENTYABR
88

Bakının bəzi küçələrində piyada keçidləri təşkil olunacaq

2018-09-11 11:57:00

Piyada təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrinin Əlibəy Hüseynzadə küçəsi ilə kəsişmələrində nizamlanan piyada keçidlərinin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi aidiyyəti qurumlara təklif göndərib.

Agentlikdən Fins.az-a bildirilib ki, müsbət rəy əldə edildikdən sonra qeyd edilən ünvanlarda nizamlanan piyada keçidləri təşkil olunacaq.

Hazırda hər iki ünvanda piyadaların pərakəndə şəkildə xaotik hərəkəti müşahidə edilir. Bu da piyadaların təhlükəsizliyini təmin etməyə imkan verməməklə yanaşı, həm də nəqliyyatın axınında ləngimələrə səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253