NƏQLİYYAT

“Bakmil”ə giriş-çıxışa qoyulan məhdudiyyət sabahdan müvəqqəti tətbiq olunmayacaq
31 AVQUST
134

“Bakmil”ə giriş-çıxışa qoyulan məhdudiyyət sabahdan müvəqqəti tətbiq olunmayacaq

2018-08-31 16:19:00

Təmir işləri ilə əlaqədar Bakı metrosunun “Bakmil” stansiyasına giriş-çıxışa qoyulan məhdudiyyət (iş günləri ərzində saat 8:20-dən 17:00-a qədər) avqust ayının 31-dən müvəqqəti olaraq tətbiq edilməyəcək.

“Bakı Metropoliteni” QSC-dən Fins.az-a bildirilib ki, təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Sərnişinlərin marağı və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq stansiyanın fəaliyyəti adi qaydada təmin ediləcək.

Yaxın günlər ərzində sərnişinlər “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq istifadə edə bilər.

Məhdudiyyət bərpa olunarkən, əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255