NƏQLİYYAT

Metronun "Bakmil" stansiyası Qurban bayramında və istirahət günlərində də adi qaydada işləyəcək
21 AVQUST
307

Metronun "Bakmil" stansiyası Qurban bayramında və istirahət günlərində də adi qaydada işləyəcək

2018-08-21 15:49:00

Qarşıdan gələn Qurban bayramında (22-23 avqust) və istirahət günlərində də (25-26 avqust) metronun "Bakmil" stansiyası adi qaydada işləyəcək. 

Fins.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 

Məlumata görə, təmir işlərinin növbəti mərhələsində görüləcək işlərlə əlaqədar sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən saat 17:00-a qədər) Qurban bayramında, eləcə də şənbə və bazar günlərində tətbiq edilməyəcək.

Qeyd edilən tarixlərdə sərnişinlər "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.

Məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) avqust ayının 24-də və növbəti iş həftəsinin əvvəlindən - avqust ayının 27-dən qüvvədə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257