NƏQLİYYAT

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı artıb
16 AVQUST
231

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı artıb

2018-08-16 17:00:00

Cari ilin yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1 milyon 366,7 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artaraq 118,4 min tona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258