NƏQLİYYAT

Bu yolla bağlı sürücülərə xəbərdarlıq
15 AVQUST
187

Bu yolla bağlı sürücülərə xəbərdarlıq

2018-08-15 15:00:00

Şamaxı rayonu, Dəmirçi-Lahıc avtomobil yolunda təhlükəsizlik sədlərinin quraşdırılması və Pirqulu-Dəmirçi-Lahıc avtomobil yolunda üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Fins.az-a verilən məlumata görə,təhlükəsiz hərəkətin tənzimlənməsi məqsədilə aparılan rəngləmə işləri avqustun 15-dən 20-dək davam edəcək.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249