NƏQLİYYAT

Bakı-Balakən sərnişin qatarı təbii fəlakət səbəbindən yolda qalıb - RƏSMİ
11 AVQUST
406

Bakı-Balakən sərnişin qatarı təbii fəlakət səbəbindən yolda qalıb - RƏSMİ

2018-08-11 14:34:00

Aramsız yağan leysan yağışlarının təsiri nəticəsində Zaqatala rayonunun ərazisindən keçən Lahıc çayı dəmir yolunun Qax-Zaqatala mənzilinin 132-ci km-də dəmir yolundan 2 km aralı məsafədə məcrasını dəyişib, 300 metr məsafədə dəmir yolu yatağını yuyaraq zədələyib.

Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, bu səbəbdən Bakı-Balakən marşrutu ilə hərəkət edən 664 №-li sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edib. Belə ki, Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla mənzil başına yola salınıblar.

Hal-hazirda təbii fəlakət yerində - dəmir yolunda bərpa işləri aparılır.

Bu gün Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaq.

Sərnişinlərin nəzərinə çatdırılır ki, 11 avqust 2018-ci il tarixdə Bakı-Balakən sərnişin qatarı Bakıdan cədvəl üzrə yola salınacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251