NƏQLİYYAT

TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi cüzi artıb
07 AVQUST
117

TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi cüzi artıb

2018-08-07 17:10:00

2018-ci ilin I yarısında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 25 mln. 675,5 min ton təşkil edib. Bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 0,1% çoxdur.

Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib. TRACECA çərçivəsində yüklərin 6 mln. 84,9 min tonu və ya 23,7%-i dəmir yolu nəqliyyatı, 15 mln. 932,1 min tonu və ya 62,1%-i avtomobil nəqliyyatı, 3 mln. 658,5 min tonu və ya 14,2%-i dəniz nəqliyyatının payına düşüb.

Hesabat dövründə TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 4 mln. 947,2 min ton və ya bütün yüklərin 19,3%-i tranzit yüklərin payına düşüb. 2017-ci ilin yanvar-iyun ayları ilə müqaysədə azalma 1,8% təşkil edib.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.

Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254