NƏQLİYYAT

Bakı dairəvi dəmiryolunun elektrik təchizatı sistemi yenidən qurulur
02 AVQUST
170

Bakı dairəvi dəmiryolunun elektrik təchizatı sistemi yenidən qurulur

2018-08-02 13:47:00

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama əsasənişlər davam edir. Hazırda bir sıra istiqamətdə işlər aparılır.

İnfrastruktur Departamentinin "Əsaslı Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemi yenilənir.

MMC-nin rəisi Abbas Qəmbərovun verdiyi məlumata görə, hazırda Güzdək-Sumqayıt mənzilində 5,5 km dəmir yolunun kontakt şəbəkəsi yenidən qurulur. 69 ədəd dayaq qoyulub, 6 ədəd dəmir beton dayaq, 6 ədəd anker dayaq, 41 ədəd konsol, eləcə də 3 ədəd dayağa anker dartıcıları qoyulub.

Təmir işləri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256