NƏQLİYYAT

AB Dəniz Gücü Mərkəzinin qərərgahını İspaniyaya köçürür
02 AVQUST
181

AB Dəniz Gücü Mərkəzinin qərərgahını İspaniyaya köçürür

2018-08-02 10:43:00

Avropa Birliyi (AB) Dəniz Gücü Mərkəzinin qərargahını (EU NAVFOR) İngiltərədən İspaniyaya köçürmək barədə qərar qəbul edib.

Qərara əsasən, İngiltərənin birlikdən (Brexit) ayrılmasından sonra 29 Mart 2019-cu ildə “EU NAVFOR”-un qərargahı İngiltərənin Northwood şəhərindən, İspaniyanın Rota şəhərinə köçürüləcək.  

“EU NAVFOR”-un tərkibində olan Afrika Dəniz Təhlükəsizliyi Mərkəzi də Fransanın liman şəhəri Brestdə yerləşdiriləcək.  

Bundan başqa, Somali sahillərində piratlarla mücadilə aparmağı hədəfləyən “EU NAVFOR” Atalanta əməliyyatının müddətini  31 dekabr 2020-ci ilədək uzadıb. Əməliyyatın xərclərini qarşılamaq üçün  11 milyon 777 bin avro vəsait ayrılıb. (Seanews.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256