NƏQLİYYAT

Bu yollarda rənglənmə və təmir işləri aparılır
02 AVQUST
81

Bu yollarda rənglənmə və təmir işləri aparılır

2018-08-02 10:37:00

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Dairəvi 1 avtomobil yolunun 0-10 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bundan başqa 02 avqust 2018-ci il tarixində saat 22:00-da Yasamal rayonu, Parlament prospektində və Bakı-Sumqayıt yolu, Xırdalan tunelində üfiqi nişananma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255